Okonun hədəfi ilk onluqda yer almaqdır
“Formula-1” üzrə dünya
çempionatının iştirakçısı
olan “Alpine” komandasının
pilotu Esteban Okon Azərbaycan qran-prisində
ilk onluqda yer almağı hədəfləyir.
Mətbuata açıqlamasında Bakı Şəhər Halqasında yarışmaqdan
zövq aldığını
bildirən Okon buradakı trekin konfiqurasiyasının uzun
hissələri və
çətin dar döngələri ilə
çox maraqlı olduğunu vurğulamışdır:
“Bakı trekində yarışmaq çox xoşuma gəlir. Monakoda qısa dairəli və ötmək üçün çətinlik
yaradan şəhər
trasında yenicə mübarizə aparmışıq.
Ancaq Bakı treki bunun tam əksidir, dairə uzundur və ötmə əməliyyatları çox
əlverişlidir. Şəhər yollarında atmosfer əladır. Divarlar
yaxın olduğundan sürəti daha çox hiss edirsən”.
Azərbaycan qran-prisindən gözləntiləri
barədə danışan
pilot demişdir: “Ardıcıl
dörd yarışda,
o cümlədən Monakoda
xal qazandığım
üçün əhvalım
çox yaxşıdır.
Bakıda bu tendensiyanı davam etdirmək istəyirəm. Bakıda ilk onluqda daha
yüksək mövqelər tutmaq istəyirik”.
Azərbaycan.-2021.- 3 iyun.- S.7.