Alpine F1” Bakıda yüksək nəticə qazanacağına inanır

 

 

Monakoda komandamız heç də yaxşı çıxış etmədi, buna görə də indi Bakıda keçiriləcək yürüşə maksimum yaxşı hazırlaşmaq və buraxılan səhvləri nəzərə almaq lazımdır”. BunuAlpine F1” komandasının icraçı direktoru Martsin Budokovski müsahibəsində etiraf etmişdir.

Budokovski bildirmişdir ki, Portuqaliya və İspaniyada ümidverici nəticələrdən sonra çıxışları istədikləri kimi olmadı və komandada bunu gizlətmirlər: “Doğrudur, xal qazana bildik, ancaq əsas rəqiblərimizlə müqayisədə göstərdiyimiz nəticələrdən narazıyıq. Baş verənlərdən nəticə çıxarmalıyıq və bu bizə lazım olacaq”.

İcraçı direktor komandasının Bakı mərhələsinə hazırlığı barədə sualı cavablandırarkən qeyd etmişdir ki,  Azərbaycan paytaxtında uzun məsafəli düz yol və sürətli seksiyalar var: “Modernləşmə planına uyğun olaraq, Bakıya bir neçə yeniliklə gedəcəyik. Ona görə də hazırda Enstoundakı bazada çalışan hər kəs üçün gərgin dövrdür, hər vaxtında görülməlidir. Biz paralel olaraq ətraflı təhlil apardıq və simulyatorda işlədik ki, Monakoda bizə mane olan problemləri Bakı yürüşündən qabaq daha yaxşı araşdıraq və onların bir daha baş verməməsini təmin edək. Bundan əvvəl gördük ki, Bakıda yürüş hadisələrlə zəngin ola bilər. Əsas odur ki, biz hər uik-enddə maksimum nəticəyə nail olaq. Məqsədimiz liderlərə bacardığımız qədər yaxın olmaqdır”.

 

 

Azərbaycan.-2021.- 3 iyun.- S.7.