Serxio Peres Azərbaycan qran-prisini səbirsizliklə gözləyir

 

Serxio Peres (“Red Bull Racing”) Monakoda yürüş uik-endinin yekunları 2018-ci ildə podiumuna qalxdığı Azərbaycan qran-prisindən gözləntiləri barədə fikirlərini bölüşüb. O, Monakoda göstərdiyi nəticədən razı qaldığını bildirmişdir: “Şadam ki, nəhayət, yaxşı nəticə əldə etdim. Özü şənbə günü uğursuz təsnifat yürüşündən sonra”.

“Red Bull Racing”in pilotu Monako yürüşünün “Formula-1” qran-priləri tarixində ən qısa yürüş olduğunu qeyd edərək 78 dövrə boyunca ayıq-sayıqlığı saxlamağın asan olmadığını nəzərə çarpdırmışdır: “Bu, psixoloji baxımdan çox ağır yürüşdür. Monakoda bolidi imkanların son həddində idarə etmək qoruyucu baryerlərə çırpmamaq həmişə çətin olub. Hücuma vaxt keçib-keçməməyi başa düşmək lazımdır. Bu, uğurun açarıdır. Yürüşün nəticəsi komandanı ruhlandırdı, biz eyni uğura nail olmağa çalışacağıq. Lakin yadda saxlamaq lazımdır ki, hələlik cəmi beş yürüş geridə qalıb, irəlidə isə bizi uzun yol gözləyir”.

Peres Bakıda artıq bir dəfə podiuma qalxmışdır. O, Bakı şəhər halqasını bəyəndiyini bildirmişdir: “Bakıda keçiriləcək qran-prini səbirsizliklə gözləyirəm ümidvaram ki, təsnifat yürüşündə əla çıxış edəcəyik. Biz artıq sübut etmişik ki, yürüş tempində ən yaxşı komandadan heç geri qalmırıq. Təsnifatda sürət lazımdır o halda hər şey qaydasında olacaq”. Pilot əlavə etmişdir ki, bu il “Formula-1” üzrə dünya çempionatında yalnız beş yürüş geridə qalıb. Ona görə indi hansı mövqe tutmaq əhəmiyyətli deyil: “Önəmlisi odur ki, biz Əbu-Dabidə mövsümü necə başa vuracağıq. Diqqətimizi üzərində cəmləşdirməliyik - son aylarda etdiyimiz kimi”.

 

 

Azərbaycan.-2021.- 3 iyun.- S.7.