Ankarada
TBMM-in vitse-spikeri ilə görüş
Yeni
Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP
nümayəndə heyəti iyunun 3-də Ankarada Türkiyə
Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya
Sadi Bilgiç ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə Yeni Azərbaycan
Partiyası ilə Ədalət və İnkişaf
Partiyası arasındakı əlaqələrin inkişaf
dinamikası yüksək qiymətləndirilib, iyunun 2-də
bu iki partiya arasında imzalanan əməkdaşlığa
dair niyyət protokolundan irəli gələn vəzifələr
ətrafında səmərəli fikir mübadiləsi
aparılıb. Diqqətə çatdırılıb ki, Yeni
Azərbaycan Partiyası ilə Ədalət və
İnkişaf Partiyası arasında əlaqələr və
qarşılıqlı faydalı əməkdaşlıq
parlamentlər səviyyəsində, eləcə də beynəlxalq
təşkilatlar çərçivəsində uğurla
davam etdirilir.
Xatırladaq ki,
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin
müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik
etdiyi nümayəndə heyətinə
YAP Təftiş Komissiyasının sədri, Milli
Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov
daxildir.
Azərbaycan.-2021.- 4 iyun.- S.2.