“Haas”ın pilotu Bakı trekini səbirsizliklə gözləyir

 

 

 

“Bakı treki özünəməxsusluğu ilə seçilir və sürəti o qədər də böyük olmayan şəhər traslarından fərqlənir. Monakoda keçirilmiş Qran-pridə iştirakımdan məmnunam və növbəti mərhələni səbirsizliklə gözləyirəm. Bakı Şəhər Halqasında yüksək sürəti hiss etmək çox maraqlı olacaq”.

Bu fikirHaas” komandasının rusiyalı pilotu Nikita Mazepinə məxsusdur. 22 yaşlı pilot 2019-cu ildə Bakıda “Formula-2” yarışında mübarizə apardığını və sürücülərin yüksək sürət yığmasına imkan verən trası yaxşı xatırladığını bildirib. O vurğulayıb ki, trasın İçərişəhərdən keçən hissəsində bəzi sahələr Monako trekinə bənzəsə də, Bakı trası tamamilə fərqlidir.

 

Azərbaycan.-2021.- 4 iyun.- S.5.