“Aston Martin” Monakodakı uğuru davam etdirmək istəyir

 

 

“Formula-1” çempionatında iştirak edən “Aston Martin” komandasının iki pilotunun payına ümumilikdə Bakıda üç podium düşüb. Komanda bu mərhələyə nikbinliklə yola düşür, lakin bu dəfə podiuma çıxmaq çətin ki, mümkün olsun.

Komandanın pilotu Lens Stroll deyib ki, onun nəzərində Bakı trasının xüsusi yeri var: “Burada mən ilk dəfə “Formula-1”in podiumuna qalxmışam. Konfiqurasiya mürəkkəbdir, uzun məsafəli düz yol dolanbac orta sektorla birləşir ki, burada da səhvlər çox baha başa gələ bilər. Biz AMR21-dən daim daha çox faydalanmaq Monakodan sonra uğuru inkişaf etdirmək istəyirik”.

Komandanın digər pilotu Sebastyan Fettel fikrini bölüşüb: “Monakodan sonra biz daha bir şəhər halqasında - Bakıda yürüş keçirəcəyik. Lakin bizi orada başqa çağırış gözləyir. Orada ötmə əməliyyatı yerinə yetirmək mümkündür, şinlərin yırtılması isə əsas amildir. Şənbə günü yaxşı nəticələr əvvəlki kimi mühümdür. Lakin dolanbac hissə ilə sürətli sahələr arasında köklənmədə optimal balans yaxşı strategiya uğurlu yürüşün təminatı olacaq. Bakıya Monakodakı uğurlu uik-enddən sonra gedirik bu tempi qoruyub saxlamaq istəyirik”.

 

 

Azərbaycan.-2021.- 4 iyun.- S.5.