Toto Volf Azərbaycan Qran-prisində uğurlu nəticəyə ümid edir

 

 Monakoda uğursuz uik-enddən sonra komanda daha qətiyyətlə mübarizə aparmaq qalibiyyəti geri qaytarmaq əzmindədir”. Bu bəyanatla “Mercedes AMG F1 Team” komandasının rəhbəri Toto Volf  çıxış etmişdir.

Volf qeyd etmişdir ki, Monakodakı uik-endə bənzər uik-endlər daha çox çalışmağa vadar edir: “Avtomobil yürüşündə heç asan başa gəlmir. Məhz buna görə bu idman növünü sevirik. Əgər siz bütün imkanlarınızı ortaya qoymasanız, o halda sizi məğlubiyyət gözləyir. Monakodan sonra komandada gördüyüm əhvali-ruhiyyə məni sevindirdi. Biz baş vermiş hadisələri təhlil etdik, mühüm nəticələr çıxardıq. Təəssüf ki, həmin uik-endin əvvəlinə qayıtmaq mümkün deyil”.

Komandanın rəhbəri Bakıda keçiriləcək növbəti yürüşə toxunarkən bildirmişdir ki, Azərbaycan paytaxtındakı tras xarakterinə görə Monakodan çox fərqlənir: “Bakıda mübarizə bizim üçün yenə də asan olmayacaq, çünki tras bolidimizə o qədər də uyğun deyil. “Red Bull” komandası əminliklə çıxış etməlidir. Bununla belə, “Ferrari” və “McLaren” komandaları da son vaxtlar nəzərəçarpan irəliləyişə nail olub. İndi ən başlıcası W12-yə uyğun olmayan belə qeyri-adi traslarda hansı imkanlarımızın olacağını araşdırmaq və bu imkanlardan istifadə etməkdir. Qarşıda bizi Bakı küçələrində növbəti mürəkkəb məsələlərin həlli gözləyir. Lakin bundan əvvəlki yürüşdən sonra daha  əzmliyik və cavab zərbəsi endirmək niyyətindəyik”.

 

Azərbaycan.-2021.- 4 iyun.- S.5.