“Alfa Romeo” uğurlu uik-endə inanır

 

 

İki həftə bundan əvvəl Monakoda Antonio Covinatsinin 10-cu yer tutması sayəsində “Alfa Romeo” komandası bu mövsümdə ilk xalını qazanmışdır.

Komanda Bakıda növbəti addımı atmağa ümid edir. “Alfa Romeo”nun rəhbəri Frederik Vasser bu barədə mülahizələrini bölüşmüşdür: “Biz növbəti uik-endi komandaya inanmaqla başlayırıq. Monakoda uğursuzluq zolağını qırmağa xal qazanmağa nail olduq. Ümidvarıq ki, Bakıda yenidən təsnifatın ikinci hissəsinə keçməyə, yürüşdə yaxşı iştirak etməyə yenidən layiqli nəticə əldə etməyə nail olacağıq”.

Komandanın pilotu Kimi Raykkonen qeyd etmişdir ki, “Alfa Romeo” hər yürüşdə sürəti artırır: “Bu irəliləyişi görmək xoşdur. Ümid edirəm ki, bu uik-end uğurlu olacaq. Bakıda yürüşlər bəzən olduqca xaotik alınır. Əgər işin öhdəsindən gəlsək, şansımız olacaq”.

Pilot Antonio Covinatsi fikrini bölüşərək demişdir: “Bakı trası mənim üçün ən sevimli traslardan biridir. Burada GP2-də yürüşləri 2019-cu ildə “Formula-1” çempionatında ilk uik-endimi böyük məmnuniyyətlə xatırlayıram. O vaxt mən şənbə gününü çox məhsuldar keçirmişdim. Həmin gün ilk dəfə təsnifat finalına çıxdım bunu yaxın uik-enddə təkrarlamaq istərdim. Monako mərhələsində xal qazandım bu, yaxşı nəticə idi. Ümidvaram ki, biz Bakıda da eyni dərəcədə rəqabətədavamlı olacaq əldə etdiyimiz irəliləyişi finişdə xala çevirəcəyik”.

 

Azərbaycan.-2021.- 4 iyun.- S.5.