Adil Nuşirəvan və
bayquşların hekayəti
O qədər dəyişdi ki, şahın halı, əhvalı,
Naləsindən yumşaldı atının polad nalı.
Ordugaha dönüncə təzələdi işləri,
Vilayəti bürüdü həssas nəvazişləri.
Əli qələmli, adil bir şah gördülər onu,
Fərman verib ürəklə, kəsdi zülmün yolunu.
Boğdu
cövrü, cəfanı,
car çəkdi ədaləti,
Axır nəfəsinədək qorudu
səadəti.
Zəmanədə nə qədər
devrim - inqilab oldu,
Nuşirəvan ölsə də, onun haqq səsi
qaldı.
Onun adı yazılmış sikkənin üzərində,
“Adil” sözü
gördülər xoş
günlərin birində.
Bəli,
ondan dünyada parlaq xatirə qaldı,
Ədalətin zəngini kim ki, çaldı,
uçaldı.
Könül yıxma, könül
tik, can qoy xalqın uğrunda,
Səndən mehrini onda əsirgəməz
Tanrı da.
Tap, sənə yar olsunlar Günəşə
at çapanlar,
Dostun səfası
üçün cəfa
çəkən - bəxtiyar.
Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,
Onda hamı deyəcək: - Qulunam, fərmanı ver!
Məhəbbətində qızğın,
nifrətində soyuq ol,
Günəş kimi, Ay kimi payla
nurunu bol-bol.
Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,
Bir gün həmən yaxşılıq
öz üstünə
qayıdar.
Sən çərxin gərdişinə
qiyas gözüylə
baxsan,
Yaxşı-yaman gündə də
haqşünas olacaqsan!
Bu hərlənən günbəzin
dal seyrinə bir müddət,
Hər şeydən
üstün nədir? Tanrımıza
itaət!
Üz döndər suçlarından,
yaxşılıq et, haqqı tap,
Təki peşman oluban çəkməyəsən dərd,
əzab.
Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz,
Gözəl işlər gözləyir
dünyada səndən
hər kəs.
Sözlə başa gəlsəydi
bu dünyanın nizamı,
Fələklərin çiynində yer tutardı Nizami.
Süleyman peyğəmbər və
əkinçinin hekayəti
Götür-qoy etsələr də
bu dünyada nə qədər,
Hər bədənə yaraşan
münasib don biçərlər.
Hər eşşək çəkə
bilməz İsa yükünü, qardaş!
Dövlətin işlərini qavraya bilməz hər baş.
Kərgədan fil boynunu parçalar, düşsə
eşqə,
Ölü bir çəyirtkəni zorla çəkər qarışqa.
Yüz nəhri nuş etsə də, səs çıxarmaz ümmanlar,
Arx isə bircə seldən coşar,
hay-haray salar.
Heç
kəs gizlənə bilməz, bu göy qübbə altında,
Hər kəs öz mərdliyilə çatır şöhrətə,
ada.
Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət,
Mərdanələr hər dərddən qılar məgər şikayət?
Hər kəs Tanrı sirrini saxlamağa qadirmi?
Ya naz çəkə bilirmi çınlayan bir saz kimi?
Naz etməkdən söz açma, yalnız xublar nazlanar,
Nizaminin
işidir naz çəkmək, ey tacidar!
Qarı və Sultan Səncərin
hekayəti
Yığ başına ağlını
əcəl gəlib yetməmiş,
Bir ədalət qəsri tik, əlindən gəlirsə iş.
Ədlin
çilçıraq kimi
işıqlatsın gecəni,
Bu gün, sabah,
həmişə bəxtiyar
etsin səni.
Yadda saxla, nə söylər sənə ağbirçək qarı:
Qanadlandır, şadlandır yetimləri,
dulları.
Qapazını geri çək
yoxsulların başından,
Yoxsa oxlanacaqsan
məzlumlar qarğışından.
Sən ki ox yağdırırsan hər guşəyə bu qədər,
Girəcəyin guşədən bixəbərsən,
bixəbər.
Cahan qalalarını açan bir açardı şah,
Qapılar bağlamağa gəlməmisən,
ol agah!
Səni
şah dikdilər ki, azaldasan cəfanı,
Bir könül
yaralansa, sən olasan dərmanı.
Zəiflərin adəti - nazla sığınmaq sənə,
Sənin borcun - onların sığal çəkmək
telinə.
Qulağını geniş aç,
bu möhtac, bu yalavac,
Bu ac zavallıların komasına işıq saç.
İsa peyğəmbərin hekayəti
Qorxu ilə, ümidlə dənizdən dürr tapan var,
Sədəfini yandırıb tozuyla
diş ağardar.
Özgəsinin eybini, öz hüsnünü görmə
tək,
Öncə öz nöqsanını görə bilən göz gərək.
Demirəm ki, aynanı al əlinə, ya alma,
Öz eybini görə bil, özünə heyran olma!
Niyə gərək özünü bahar kimi bəzəmək?
Saqın!
Soldurar səni zaman bahar gülü tək.
Eybini örtən geyim zərif toxunduğundan,
Tanrı doqquz pərdə də göydən endirmiş əlan.
Bu göy yuvarlığının
içində, ey gözü dar,
Söylə, sənin boynuna həlqə olmayan nə var?
İtsənmi ki, taxasan Sürəyya
xaltasını?
Eşşəksənmi, çəkəsən yük
daşıyan İsanı?
Fələk nədir? Atılmış, tərk
edilmiş dul qarı,
Cahan nədir? Saralmış
bağların solğun
barı!
Hər köhnəni, təzəni
bircə-bircə sal yada,
Bu dünyada nə
varsa, dəyməz bir arpaya da.
Yemə
dünya qəmini, xacə, tərk et oyunu,
Qüssə çəksən, qoy yerə Nizaminin payını.
Azərbaycan.-2021.- 4 iyun.- S.11.