"YAŞAT” Fondunun
Vətən müharibəsindən sonra dünyaya gələn şəhid
övladları üçün layihəsi
davam edir
"YAŞAT”
Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn
şəhid övladları üçün layihəsi davam
edir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, şəhidlərimiz Rusif
Kazımovun övladı Nuranyusifin, Xəqani Fətiyevin
övladı Xəqaninin, Elvin Məmmədovun övladı Zəhraxanımın,
İbrahim Rüstəmlinin övladı İbrahimin,
Əlisahib Ələkbərovun övladı Əlisahibin zəruri
xərcləri Fond tərəfindən qarşılanıb.
Həmin
məqsədlə 1000 AZN analara təqdim olunub və
dünyaya yeni göz açan körpələrin adına
5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda
edilən ianələr hesabına toplanmış məbləğdən
köçürülür.
Həmin
məbləğin üzərinə mütəmadi olaraq faiz
toplanılacaq və həmin şəhid övladı 18
yaşına çatdıqdan sonra toplanan məbləği
özü hesabından çıxara biləcək.
Qeyd
edək ki, bankla ana arasında bağlanmış müqaviləyə
əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti
daha tez çıxara biləcək. Həmçinin ana həmin
məbləği istənilən valyutaya da dəyişə
bilər.
Allah
şəhidlərimizə rəhmət etsin!
Xatırladaq
ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti
ilə tanış olmaq üçün yashat.gov.az portalı
istifadədir.
Fondun
hesabatlılığı ilə tanış olmaq
üçün keçid:
https://yashat.gov.az/report/tableau
Həmçinin
Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət
göstərir.
Azərbaycan.-2021.- 4 iyun.- S.8.