“YAŞAT” Fondu
tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə
geri dönüb
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, onlar Quliyev Şahmar Anar oğlu,
Əliyev Xəyyam Şəadət oğlu, Quliyev Şəhriyar
Əsa oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Məmmədov
Seymur Rafiq oğlu, Hüseynov Ülvi Məsum oğludur.
Türkiyədəki
müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların
qarşıdakı aylarda müalicəsi üçün nəzərdə
tutulan dərman vasitələri də Fond tərəfindən
təmin edilib.
"YAŞAT"
Fondu tərəfindən Türkiyədən ölkəmizə
gətirilən, həmçinin yerli həkimlərin rəyi
nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq
müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə
davam etdirilir.
“YAŞAT”
Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər
nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Azərbaycan.-2021.- 4 iyun.- S.8.