Medianın İnkişafı Agentliyi Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalistlərlə bağlı bəyanat
yayıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
-İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur.
Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.
Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla, Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.
İşğaldan azad olunmuş
ərazilərimizdə ermənilər tərəfindən
törədilmiş qeyri-insani hərəkətlər,
nadir mədəni tarixi
abidələrimizin amansızcasına dağıdılması,
təbii sərvətlərimizin talan edilməsi
barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə
alınaraq əbədiləşdirilməsi məqsədilə
ən çətin şəraitdə çalışarkən
həlak olmuş jurnalist
həmkarlarımızın vəfatından kədərləndiyimizi
bildirir, ailələrinə
başsağlığı verir, Allahdan onların əzizlərinə və
doğmalarına səbir diləyirik.
Azərbaycan.-2021.- 5 iyun.- S.3.