MTRŞ beynəlxalq təşkilatları
minalanmış ərazilərinin xəritələrini Azərbaycana
verməsi üçün Ermənistana
çağırış etməyə dəvət edib
İyunun 4-də Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən AzTV kanalının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olub, bir neçə şəxs yaralanıb. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş jurnalistlərlə bağlı bəyanatında deyilir.
Bildirilir
ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən
işğal dövründə çoxlu sayda mina yerləşdirilib.
İndiyə qədər onlarla mülki şəxs minaya
düşərək həlak olub və ya yaralanıb. Daha çox itkilərin baş
verməsinin qarşısının alınması məqsədilə
minalanmış ərazilərin xəritələrinin təqdim
edilməsi prosesini Ermənistan həyata keçirmir
Dünya
ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın
minalanmış ərazilərinin xəritələrini təqdim
etməsi üçün Ermənistana
çağırışlar etməyə dəvət edirik.
Azərbaycan.-2021.- 5 iyun.- S.4.