Ferstappen çox iddialıdır

 

“Bakı Şəhər Halqası digər treklərdən, xüsusilə Monakodakından çox fərqlidir. Monako trekinin daha çətin olduğunu düşünürəm. Bakı Şəhər Halqasında isə manevr etmək üçün daha çox yer var”.

Bu sözləri “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen “Formula-1” saytına açıqlamasında deyib.

Bakı trekinin sürüşkən olduğunu vurğulayan pilot bildirib: “Elə görünür ki, bu həftəsonu külək bir amil rolunu oynayacaq. Həmişə yarış ərəfəsində bir az xaos olduğu görünür. Ancaq yaxşı balans tapan kimi çox uğurlu nəticə əldə edə biləcəyimizə inanıram”.

 

 

Azərbaycan.-2021.- 5 iyun.- S.7.