“Formula-1”in könüllüləri

 

Böyük maraqla izlənilən avtomobil yarışları içərisində yüksək nüfuza malik olan “Formula-1” Azərbaycan Qran-prisi həyəcanı başlayıb. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri cari mövsümün 6-cı mərhələsinə hazırlıq işlərinin ən yüksək səviyyədə görüldüyü diqqət mərkəzindədir.

Planetin bir nömrəli avtomobil yarışının təşkilində keçirilməsində bir sıra adamlar  xüsusi rol oynayırlar. Onların arasında marşallar (könüllülər) da var. Onları “Formula-1” aləmindəYarış rəsmiləri adlandırırlar.

Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda marşallıq edərək həm maraqlı vaxt keçirir, həm yarışı yaxından izləmək şansı qazanırlar. Beş il əvvəl  Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən təsis edilmiş “Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr təlimlər keçirir, eyni zamanda beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur. Marşallar yerinə yetirdikləri vəzifələrə görə aşağıdakı növlərə bölünürlər:

Sektor marşalları  trek xəyali olaraq sektorlara bölünür hər bir sektora nəzarət bir sektor marşalına onun bir, yaxud iki müavininə tapşırılır. Onlar trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur burada baş verən bütün hadisələrə görə məsuliyyət daşıyırlar.

Trek marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük təcrübə tələb olunur.

Bayraq marşalları trek boyunca marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə qurub pilotları qarşıda olan təhlükə barədə məlumatlandırmaq, qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməkdir.

Rəqəmsal bayraq marşalları halqa boyunca müvafiq mövqelərdə yerləşdirilib digər bayraq marşallarının üzərinə düşən işi görürlər. Yeganə fərqləri bayraq əvəzinə displeydən istifadə etmələridir.

Start finiş marşalları yarışı başlamaq bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından digər vasitələrdən istifadə edirlər. Onlar start finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq s.) göstərməyə görə cavabdehlik daşıyırlar.

Yanğınsöndürmə xilasetmə marşalları yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.

Tibbi marşallar. Bu xidmətə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları s.), avadanlıq nəqliyyat vasitələri, trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, tibbi mərkəz, kommunikasiya sistemi, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir.

Texniki təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək onların təhlükəsizlik uyğunluq tələblərinə cavab verdiyini müəyyən edirlər.

Pit sıra düzülüşü marşalları hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini insanları yönləndirməkdir.

Bərpa üzrə marşallar evakuator avtomobillərinin heyəti onların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı tədbirdən sonra sıradan çıxmış hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.

Kommunikasiya üzrə marşallar rabitəçi ya müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edir, yarışa nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.

Hüdudlar üzrə marşallar isə halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək onları yubanmadan pitlərə aparmaqdır.

Logistika marşalların təchizatı  könüllülərinin vəzifəsi digər marşalları tədbirdən əvvəl tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana ləvazimatı, radio qurğuları geyimlə təmin etməkdir.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan..-2021.- 5 iyun.- S.7.