AZƏRTAC-ın şəhid müxbiri Məhərrəm İbrahimov
son mənzilə yola
salınıb
AZƏRTAC-ın ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan müxbiri Məhərrəm İbrahimov iyunun 5-də son mənzilə yola salınıb.
Vida
mərasimində iştirak edən Prezidentin köməkçisi
Hikmət Hacıyev şəhidin ailə üzvlərinə
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın başsağlığını
çatdırıb.
Şəhid
jurnalist Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda
valideynlərinin məzarlarının yanında dəfn olunub.
Dəfn
mərasimində AZƏRTAC-ın İdarə Heyətinin sədri
Aslan Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Elxan Allahverdiyev, Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov,
şəhidin ailə üzvləri və yaxınları,
jurnalistlər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərasimdə müxbir Məhərrəm İbrahimovun nümunəvi xidməti fəaliyyətindən, vətənpərvərliyindən və işində daim yüksək peşəkarlıq nümayiş etdirməsindən danışılıb. Sonra şəhid jurnalistin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub.
Qeyd edək ki, iyunun
4-də saat 11 radələrində xidməti
vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna
ezam olunmuş bir qrup jurnalisti
aparan “KamAZ” markalı
sərnişin avtomobilinin rayonun
Susuzluq kəndi istiqamətində hərəkətdə
olarkən tank əleyhinə minaya düşməsi nəticəsində
üç nəfər – AZƏRTAC-ın
müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov
və Kəlbəcər Rayon İcra Hakimiyyəti
başçısının Susuzluq kənd
inzibati ərazi dairəsi üzrə
nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Azərbaycan.-2021.- 6 iyun.- S.2.