Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti

 

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

 

AZƏRTAC müraciəti təqdim edir.

 

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti

Möhtərəm Vladimir Vladimiroviç!

 

Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq.

 

Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz “ayrı-ayrı mənzillərdəyaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq sülh, multikulturalizm, tolerantlıq, mənəvi millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola hazırda ən müxtəlif çalarlı liberallar tərəfindənyenidən baxılmağaməruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik.

 

Biz Sizə ümumi etibarlı gələcək naminə, birlikdə qazandığımız öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının – 19 yaşlı Vəkil Abdullayevin qətl hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb. Biz müharibədə olmuşuq döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə yadlara bölməmişik. Ona görə ki, biz hamımız birlikdə güc idik.

 

Bu günYedinaya Rossiyapartiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görəözününküləridəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir?

 

Hörmətli Vladimir Vladimiroviç!

 

Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır.

 

Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq.

 

Azərbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri:

 

1.Səttarova Fatma Hüseyn qızı

 

2.Quliyev Məmməd Salman oğlu

 

3.Abdullayeva Natalya Borisovna

 

4.Yermakov Yurik Vladimiroviç

 

5.Ramazanov Nazim Tağı oğlu

 

6.Xarkovskaya Anna Qordeyevna

 

7.Belikov Aleksandr Vasilyeviç

 

8.Abdullayev Səfər İbad oğlu

 

9.Sarıyev Qara Alı oğlu

 

10.Timçenko İvan İvanoviç

 

11.Ömərov Qaflan İslam oğlu

 

12.İsgəndərov Ağababa Qənbərli oğlu

 

13.Vyuqin Mixail Daniloviç

 

14.Kravtsova Anna Petrovna

 

15.Mürsəlov Xasay Bayram oğlu

 

16.Həsənov Tamleyxa Abbas oğlu

 

17.Əliyev Əli Hüseyn oğlu

 

18.Baxışov Seyfulla Abdulla oğlu

 

19.Nəbiyev Daməd Məcid oğlu

 

20.Dadaşov Azər Tağı oğlu

 

21.Qasımova Valentina Mixaylovna

 

22.Qaziyeva Tacirə Həmid qızı

 

23.İsababayeva Həcər Müştaq qızı

 

24.Rəsulova Zinaida İliniçna

 

25.Frunze Natalya Artyomovna.

 

 

Azərbaycan.-2021.- 6 iyun.- S.3.