Prezidentin köməkçisi:
Kəlbəcərdə həlak olan
jurnalistlərin topladıqları materiallar
Azərbaycan xalqına yüzilliklər boyu
lazım ola bilər
Kəlbəcərdə həlak olan jurnalistlərin topladıqları materiallar Azərbaycan xalqına yüzilliklər boyu lazım ola bilər. Bu, bizim xalqımızın salnaməsidir. Onlar çox gərəkli iş görürdülər, azad olunmuş əraziləri qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntıları, cinayətləri sənədləşdirirdilər.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin
köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə
xidməti vəzifəsini yerinə yetirərkən minaya
düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm
İbrahimovla vida mərasimində söyləyib.
Şəhid jurnalistlərə Allahdan rəhmət diləyən Hikmət Hacıyev deyib: “Mən Prezident İlham Əliyevin tapşırığına əsasən buradayam. İlk növbədə cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Həlak olan jurnalistlər xidməti vəzifələrini yerinə yetirərkən mənfur ermənilər tərəfindən qoyulmuş minanın qurbanı olublar. Onların gördüyü işlərin böyük dəyəri var. Onlar bütün kəndlərimizi, şəhərlərimizi addım-addım gəzərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər. Bu iş çox dəyərlidir, bu gün üçün də, yüzilliklər sonra da vacibdir. AZƏRTAC tərəfindən, Azərbaycan Televiziyası tərəfindən ezamiyyəti dəyişdirmək barədə müraciətin olmasına baxmayaraq onlar geri dönmək istəmirdilər. Bu işi böyük əzmlə, fədakarlıqla, həvəslə yerinə yetirirdilər. Təəssüf ki, mənfur ermənilər tərəfindən xaincəsinə basdırılmış minanın qurbanı oldular. Bu, eyni zamanda, Azərbaycan jurnalistikası və mediası üçün böyük itkidir”.
Prezidentin köməkçisi
qeyd edib ki, müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi
altında Azərbaycan əsgərləri ilə
çiyin-çiyinə Azərbaycan jurnalistlərinin, Azərbaycan
mediasının da rəşadətinin şahidi olduq. “Onlar ön cəbhədə
idilər. Ermənilərin vəhşiliyini əks etdirən foto və videoları bütün
dünya ictimaiyyətinə
çatdırırdılar. Kəlbəcərdə həlak olan qardaşlarımızın gördüyü iş də
bu gərəkli fəaliyyətin tərkib
hissəsi idi. Faciə ilə bağlı
bütün beynəlxalq təşkilatlara
müraciət olunub, bu
vəhşilik dünya ictimaiyyəti tərəfindən
qınanmalıdır”, - deyə Hikmət Hacıyev
vurğulayıb.
Azərbaycan.-2021.- 6 iyun.- S.2.