Abşeronda qazi və şəhid övladlarına qayğıkeşliklə yanaşılır

 

 

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib. Rayon icra hakimiyyyətinin başçısı İ.Gülməmmədova Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Veysəl Musibov və şəhid Ruhin Xəlilovun ailə üzvlərinin, o cümlədən övladlarının problemləri ilə maraqlanınb.

Ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunun qeyd edildiyi  görüşdə fidanlarımızın həm təhsil sahəsi üzrə,  həm də asudə vaxtlarının keçirilməsi istiqamətində mühüm işlərin görüldüyü vurğulanıb. Dövlət  tərəfindən uşaqların sağlamfiravan böyüməsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlər görüldüyünü deyən İ.Gülməmmədova şəhid övladlarının problemlərinin həllinin dövlət qurumlarının vacib məsələsi olduğunu, gələcəyimiz olan uşaqların təhlükəsiz şəraitdə yaşayıb böyüməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.

Sonda hər iki ailəyə rayon rəhbərliyinin qiymətli hədiyyələri təqdim edilib.

 

 Akif ƏLİYEV

Azərbaycan.-2021.- 6 iyun.- S.5.