Qardaş Türkiyənin “Hədiyyə karvanı”nın növbəti ünvanı Tərtər oldu

 

 

Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun Vətən müharibəsi şəhidlərinin övladları üçün nəzərdə tutulan “Hədiyyə karvanı”nın növbəti ünvanı Tərtər rayonu olmuşdur.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüş zamanı onlara bu nəcib layihənin icrası üçün dərin minnətdarlığını ifadə etdi, bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.

Qeyd olundu ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə

16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb: Ancaq tərtərlilər bir günöz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər”.

Layihənin icraçıları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmiş, onların övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar bağışlamışlar.

“Hədiyyə karvanı” layihəsi 13 iyun tarixədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfərlər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

 

 

L.QULİYEV

Azərbaycan.-2021.- 6 iyun.- S.8.