Çin
mediası azərbaycanlı jurnalistlərin mina
partlaması nəticəsində həlak olmaları barədə
xəbərlər yayıb
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov da daxil olmaqla 3 nəfərin həlak olması ilə nəticələnən mina partlaması hadisəsi Çinin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi Sinxuanın hadisə haqqında xəbərində Azərbaycanın Qarabağ bölgəsinin qərbindəki Kəlbəcər rayonunda tank əleyhinə minanın partlaması nəticəsində ölənlər və yaralananlar olduğu bildirilib. Qeyd olunub ki, hadisə Ermənistanla 6 həftə davam edən və ötən ilin noyabrında başa çatan müharibədən sonra Azərbaycana qaytarılan rayonun Susuzluq kəndində baş verib.
Agentlik Azərbaycanın Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun birgə məlumatına istinad edərək, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun, habelə yerli səlahiyyətli şəxs Arif Əliyevin partlayış nəticəsində həlak olduğunu, 4 nəfərin isə yaralandığını qeyd edib. Bildirilib ki, səlahiyyətli qurumlar hadisə ilə əlaqədar cinayət işi açıblar.
Sinxua agentliyinin həmin xəbərini çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya İdarəsinin tabeliyində olan “china.org.cn” onlayn nəşri də yayıb. Bundan başqa, bir neçə digər xəbər portalları da hadisə barədə informasiyalar təqdim ediblər.
Qeyd edək ki, AZƏRTAC iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan
tərəfindən basdırılmış minaya
düşərək həlak olması və yaralanması ilə
əlaqədar üzvü olduğu
beynəlxalq media təşkilatlarına -
Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və
Sakit Okean Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının (OANA), Avropa
Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı
ölkələrinin Milli Xəbər
Agentlikləri Birliyinin (UNA), Müstəqil
Dövlətlər Birliyinin üzvü olan ölkələrin
Milli İnformasiya
Agentlikləri Assosiasiyasının (ANİA), Ərəb
Ölkələri Xəbər Agentlikləri Təşkilatının
(FANİA), bu təşkilatlara üzv olan agentliklərin
və digər beynəlxalq media
qurumlarının rəhbərlərinə müraciət edib. AZƏRTAC dünya
mediasının, beynəlxalq və regional
jurnalist təşkilatlarının rəhbərlərini
Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini
qətiyyətlə pisləməyə, etiraz
səslərini ucaltmağa
çağırıb.
Azərbaycan.-2021.- 8 iyun.- S.3.