Rusiya Jurnalistlər
İttifaqı Azərbaycan jurnalistlərinin mina
partlayışı nəticəsində həlak olması ilə
əlaqədar başsağlığı verib
Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Təşkilatın
saytında yerləşdirilmiş başsağlığı
mətnində deyilir: “Azərbaycanın Kəlbəcər
rayonunda mina partlayışı nəticəsində iki
jurnalist həlak olub. Partlayış nəticəsində
iki həmkarımız – telekanalın operatoru Sirac Abışov
və AZƏRTAC informasiya agentliyinin
əməkdaşı Məhərrəm İbrahimov
həlak olublar. Rusiya
Jurnalistlər İttifaqı həlak olanların doğmalarına
və yaxınlarına, həmkarlarına dərin hüznlə
başsağlığı verir”.
Azərbaycan.-2021.- 8 iyun.- S.3.