Fransa Milli Assambleyasının deputatı: Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan
mina xəritələrini tələb etməlidir
Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməlidir. İkisi jurnalist olmaqla, 3 mülki vətəndaş Azərbaycanın Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Mülki əhali münaqişənin girovu ola bilməzlər.
AZƏRTAC
xəbər verir ki, bu barədə Fransa Milli
Assambleyasının Yuxarı Sena (Hauts-de-Seine) seçki dairəsindən
seçilmiş deputatı Frederik Düma tviter səhifəsində
Kəlbəcər rayonunda mina partlaması nəticəsində
həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı
paylaşımında yazıb.
Fransız
deputat barışıq üçün beynəlxalq
hüquqa riayət etməyin vacibliyini vurğulayıb.
F.
Düma tviter səhifəsindəki jurnalistlərin erməni
minalarının qurbanı olması ilə bağlı
paylaşmalarına ölkə Prezidenti Emmanuel Makronu da təq
edib.
Azərbaycan.-2021.- 8 iyun.- S.3.