“The
USA Tribune” qəzeti: İki
azərbaycanlı jurnalist
minaya düşərək
həlak olub
Amerikada çıxan “The USA Tribune” qəzetində
iki azərbaycanlı jurnalist minaya düşərək həlak
olub” sərlövhəli
məqalə dərc edilib.
Məqalə iyunun 4-də Azərbaycanın
Kəlbəcər rayonunda
baş vermiş faciəvi hadisəyə həsr olunub.
Materialda
qeyd edilir ki, Azərbaycanın Kəlbəcər rayonunun
Susuzluq kəndi yaxınlığında tank əleyhinə
minanın partlaması
nəticəsində Azərbaycan
Dövlət Televiziyasının
operatoru Sirac Əliyev, Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) müxbiri
Məhərrəm İbrahimov
(Əlioğlu) və
Kəlbəcər Rayon İcra
Hakimiyyəti başçısının
nümayəndəsinin müavini
Arif Əliyev həlak olub.
Faciəyə yerli vaxtla səhər
saat 11:00 radələrində
baş verib. Dörd nəfər
müxtəlif dərəcəli
xəsarətlər alaraq
xəstəxanaya yerləşdirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mina partlayışı
nəticəsində KİV işçilərinin həlak
olması barədə
birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir
ki, erməni silahlı qüvvələri
Azərbaycan ərazilərini
minalamaqla Azərbaycan
vətəndaşlarına qarşı cinayətkar əməllərini davam etdirirlər. Bu, beynəlxalq
humanitar hüququn əsas norma
və prinsiplərinin,
o cümlədən 1949-cu il
Cenevrə konvensiyalarının
tələblərinin kobud
şəkildə pozulmasıdır.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin 100.2 (təcavüzkar müharibənin
planlaşdırılması, hazırlanması, törədilməsi
və ya aparılması), 116.0.6 (silahlı
münaqişə dövründə
beynəlxalq humanitar hüququn pozulması) və başqa maddələri üzrə
cinayət işi qaldırıb.
Məqalədə qeyd edilir ki,
Fransanın Azərbaycandakı
səfiri Zakari Qross öz tviter
səhifəsində azərbaycanlı
jurnalistlərin həlak
olması ilə əlaqədar başsağlığı
verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın üç
dinc sakininin həlak olması ilə əlaqədar başsağlığı verib. Xarici siyasət
idarəsi rəhbərinin
bəyanatında qeyd edilir ki, Ermənistan
silahlı qüvvələrinin
bir qrup hərbi qulluqçusu Kəlbəcər istiqamətində
Azərbaycanın dövlət
sərhədini pozmağa
və bu rayonun yollarında yerüstü minalar quraşdırılmasına yönəlmiş
provokasiya törətməyə
cəhd edərkən
saxlanılıb. Bu fakt bir daha
təsdiq edir ki, Ermənistan həm hərbçilərin,
həm də mülki əhalinin həyatına və təhlükəsizliyinə ciddi
təhdid mənbəyidir
və bununla regionda vəziyyətin kəskinləşməsinə şərait yaradır.
C.Bayramov
bəyan edib ki, Ermənistanın bu cür davranışı
regionda sülhə, təhlükəsizliyə və
əməkdaşlığa nail olmaq yolunda ciddi
maneə kimi qalmaqda davam edir.
Azərbaycan.-2021.-
6 iyun.- S.2.