İordaniya agentliyi AZƏRTAC-ın beynəlxalq və regional media təşkilatlarına müraciətini yayıb

 

İordaniyanın “Nayrouzinformasiya agentliyi “AZƏRTAC beynəlxalq və regional media təşkilatlarına müraciət ünvanlayıb” sərlövhəli xəbər yayıb.

Xəbərdə iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar AZƏRTAC-ın üzvü olduğu beynəlxalq media təşkilatlarına - Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Ərəb Ölkələri Xəbər Agentlikləri Təşkilatının (FANİA), bu təşkilatlara üzv olan agentliklərin və digər beynəlxalq media qurumlarının rəhbərlərinə müraciətinin mətni də yer alıb.

Azərbaycanlı jurnalistlərin erməni diversantları tərəfindən basdırılan minaya düşərək şəhid olması barədə xəbərlər, həmçinin İƏT Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında, İordaniyanın “Nabdapp”, Əlcəzairin “Əl Hərir” informasiya portallarında, Misirin nüfuzlu “Əl Əhram” qəzetində də yayımlanıb.

 

Azərbaycan.-2021.- 6 iyun.- S.2.