Şarl Leklerin idarə etdiyi bolid yeni sürət qutusu ilə təchiz olunub
“Ferrari” komandasının pilotu Şarl Leklerin idarə etdiyi bolid “Formula-1” Azərbaycan Qran-prisində yeni sürət qutusu ilə təchiz olunub. Belə ki, Monakoda seçmə mərhələdə baş vermiş qəzadan sonra sürücünün avtomobilindəki sürət qutusunun zədələnmədiyi məlum olsa da, “Ferrari” təhlükəsizlik tədbirləri ilə əlaqədar onu yeniləməyi qərara alıb.
Monakolu
pilotun bolidinin sürət qutusunun dəyişdirilməsi ilə
əlaqədar “Formula-1” tərəfindən hər hansı cərimə
tətbiq olunmayacaq.
Azərbaycan.-2021.- 6 iyun.- S.4.