Bakı şəhərinin
Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması
işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında
zərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Bakı şəhərinin Pirallahı rayonu ərazisində
avtomobil yollarının yenidən qurulması işlərinin
davam etdirilməsi məqsədilə “Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.1.14-cü yarımbəndində
göstərilmiş məbləğin 660,0 (altı yüz
altmış) min manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun
2021-ci il
Azərbaycan.-2021.- 9 iyun.- S.1.