Vyetnam Xəbər
Agentliyi: Azərbaycan jurnalistlərinin mina partlayışı nəticəsində həlak
olmasından son dərəcə kədərləndik
Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktorunun müavini Vu Viet Tranq Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində AZƏRTAC-ın müxbirinin və AzTV-nin operatorunun həlak olması ilə əlaqədar agentliyimizin kollektivinə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “İyunun 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edərkən mina partlaması nəticəsində həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi və sarsıtdı.
AZƏRTAC-ın yaxın tərəfdaşı olan Vyetnam Xəbər Agentliyinin kollektivi adından bu gözlənilməz itki ilə əlaqədar həmkarlarımıza və həlak olmuş jurnalistlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk”.
Məktubda qeyd edilir ki, həlak olmuş jurnalistlərin xatirəsi həmkarlarının qəlbində daim yaşayacaqdır.
Xatırladaq ki, dost ölkələrin KİV rəhbərləri
və media nümayəndələri də
jurnalist həmrəyliyi nümayiş
etdirirlər. Türkiyənin Anadolu
agentliyinin rəhbəri Serdar
Karagöz, TRT Televiziyasının Baş direktoru İbrahim Eren, Rusiyanın
TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Polşa Xəbər
Agentliyinin rəhbəri Voytsex
Surmaş, Rusiya
Jurnalistlər İttifaqının sədri Vladimir
Sovolyov, "Exo
Moskvı" radiostansiyasının baş redaktoru
Aleksey Venediktov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri
Murad Akkoç, Misirin “Aldiplomacy” informasiya portalının baş
redaktoru Əşrəf Əbu Urafə, “Asiaelyom” agentliyinin rəhbəri
Əbubəkir Əl-Məcd, misirli jurnalist və politoloq
Əhməd Tərabik, tanınmış fotojurnalist
Reza Deqati və digərləri
bu ağır günlərdə Azərbaycan
mediasının yanında olduqlarını bildirib,
AZƏRTAC-ın və Azərbaycan Televiziyasının
kollektivlərinin, həyatını itirən jurnalistlərin
ailə üzvlərinin kədərini bölüşüblər.
Azərbaycan.-2021.- 9 iyun.- S.5.