Ağcabədidə həyat ASANlaşıb

 

İlham Əliyevin ötən il açılışını etdiyi regional “ASAN xidmət” mərkəzində bir ildə 132 minə yaxın müraciətə baxılıb

 

 

 

Son illərdə əhalinin sosial problemlərini həll etməklə, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığı və əhalinin məmnunluğunu təmin edən “ASAN xidmət” mərkəzləri geniş çeşidli xidmətlərin göstərilməsi missiyasını  uğurla davam etdirməkdədir.

 

Bu isə müasir Azərbaycanın brendinə çevrilən və yaradıldığı gündən fəaliyyətini “vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

 

 

 

Operativliyin və şəffaflığın ünvanı

 

 

 

Agentliyin missiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan “ASAN xidmət” 2021-ci ildə 20 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla fəaliyyətini davam etdirir. Əgər fəaliyyətə başlayanda 20 xidmət təqdim edilirdisə, bu gün dövlət orqanları, özəl şirkət, müəssisələr vətəndaşlara ümumilikdə 320-yə yaxın xidmət göstərir.

“ASAN Həyat” kompleksləri vətəndaş rahatlığının təmini üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət göstərən müxtəlif sahələri əhatə edirinsanlar tərəfindən olduqca xoş qarşılanır. Bu komplekslərdə “ASAN xidmət” mərkəzi ilə yanaşı, istirahət üçün park, kinoklub, intellektual əyləncə obyektləri də yaradılır. Ötən ilin iyun ayının 3-də Prezidentin açılışını etdiyi Ağcabədi “ASAN Həyat” kompleksində də belə təkmil imkanlar mövcuddur. Keçən il iyun ayının 16-da burada fəaliyyətə başayan Ağcabədi “ASAN xidmət” mərkəzi bir ildir ki, vətəndaşlara yüksəksəviyyəli, şəffaf xidmət göstərməkdədir.

Ağcabədiyə səfərimizin məqsədi də mərkəzin bir illik fəaliyyəti ilə tanış olmaq idi. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev dedi ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və 2020-ci ilin iyununda işlər başa çatdırılıb. Buradakı “ASAN xidmət” mərkəzi Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində 132 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçirilir.

Kompleks üçün ayrılan ərazidə “ASAN Həyat”ın 7290 kvadratmetrlik 3 mərtəbəli inzibati binası inşa olunub, həmçinin uşaq, idman və istirahət meydançası, avtobus dayanacağı, 100 avtomobillik avtodayanacaq, 54 yerlik açıq hava kafesi, 92 və 46 yerlik 2 zaldan ibarət kinoteatr, 100 nəfər tutumlu amfiteatr diskoteka, “ABAD Food Hall”, “ABAD Box Park” və “Paint Balloyun sahələri yaradılıb. Sayca beşinci olan “ABAD Food Hallda ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilir. “ABAD Box Parkda isə vətəndaşlar ABAD məhsullarının yerləşdirildiyi xüsusi konteynerlərdə çeşidli təamları dadır, həmçinin alış-verişdən yararlana bilirlər. “Sport Bar” guşəsində idman oyunlarının nümayişi üçün nəzərdə tutulmuş böyük ekran quraşdırılıb. Bundan əlavə, kompleksdə “Fast Food”, “SouvinerCofe Shop” da var. “Paint Ball” sahəsində on nəfərlik komanda heyətinin oyununu təşkil etmək mümkündür.

Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası, idman əyləncə guşəsi var. Vətəndaşlar “ASAN xidmətmərkəzində operativ, şəffaf gülərüz xidmətlərlə rastlaşmaqla yanaşı, bu kompleksin istirahət, əyləncə imkanlarından da istifadə edirlər.

Bir sözlə, kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

 

 

 

Qorunan sosial məsafə, gülərüz, mehriban personal kreativlik

 

 

 

Kompleksdə fəaliyyət göstərən “ASAN xidmətmərkəzinin inzibati binası fərqli xarici üslubu ilə yanaşı, daxili interyeri, genişliyi, son dərəcə təmizliyi ilə ilk andan diqqət çəkir insanda xoş ovqat yaradır.

Mərkəzə daxil olarkən rastlaşdığın ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsi olur. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır, sonra əllər spirtlənir. Kompüter arxasında əyləşən əməkdaşlar tibbi maskadan istifadə etməklə bir-birindən aralı əyləşib məsafəni gözləyirlər.

Elə ilk addımdan şəffaf operativ xidmət məkanına düşdüyünü başa düşən vətəndaşı girişdə gülərüz mehriban personal qarşılayaraq ona ilk lazım olan informasiyanı verir.

Məlumat mərkəzinin gülərüz əməkdaşlarının vətəndaşlarla prosesini kənardan izləyirik. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir. Təbii ki, vətəndaşın mərkəzin inzibati binasına daxil olmasından başlayan bütün proseslər koronavirus təhlükəsi səbəbindən sosial məsafə tələblərinə əməl edilməklə həyata keçirilir.

Vətəndaşların Qəbul İşi sektorunun əməkdaşı Afiyəddin Əliyev ikinci qrup Qarabağ müharibəsi əlilidir. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, Prezident təqaüdçüsüdür. A.Əliyev deyir ki, hazırda mərkəzin əməkdaşları karantin rejiminin tələblərinə ciddə əməl etməklə fəaliyyətlərini davam etdirirlər. Onun sözlərinə görə, artıq vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq mütləqdir hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, vətəndaşların sağlamlığının qorunmasına xidmət edir: “Əlimizdən gələni edirik ki, vətəndaşlar məmnun qalsınlar. Əməkdaşlarımız yorulmadan, təmkinlə insanları dinləyir, onlara istiqamət verir. Bir sözlə, operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri qorunmaqla bütün proseslər uğurla icra edilir”.

Ağcabədi rayon sakini Arif Qasımovla söhbətimiz zamanı bəlli olur ki, oğluna bağışladığı torpaq sahəsinin sənədləşdirilməsi üçün buraya təşrif buyurub. Bir il ərzində ikinci dəfə “ASAN xidmət”ə müraciət edən vətəndaş deyir ki, artıq bütün işlər asanlaşıb. Daha sənəd toplamaq, möhür vurdurmaq üçün müxtəlif idarələrə getmirlər: “Vallah, belə yüksək xidmət heç bir yerdə yoxdur. istəyirsən, hansı sənədi düzəltmək istəyirsənsə, bura gəlirsən tez bir zamanda işlərini qaydaya qoyursan. Allah Prezidentin canını sağ etsin, bizim rahatlığımız üçün lazımdırsa edir. rüşvət istəyən var, süründürməçilik. Heç kimi incitmirlər, ona görə hamı buradakı xidmətdən razıdır. Hesab edirəm ki, Prezidentimiz belə mərkəzlər açmaqla rayonlarda yaşayan əhaliyə böyük töhfə verir. Sağ olsun, dövlət başçımızdan çox razıyıq”. 

 

 

 

“ASAN xidməthəm gənclər mərkəzidir

 

 

 

Mərkəzin digər əməkdaşı Pərviz Səmədov bir ildir ki, burada vətəndaşlara xidmət göstərir. Pərviz bundan öncə könüllü kimi çalışıb bu gün könüllülər üzrə sahəsində məsul şəxsdir. Mərkəzdə könüllülərlə müxtəlif istiqamətlərdə layihələr həyata keçirildiyini bildirən Pərviz deyir ki, 150-yə yaxın könüllü ilə 100-ə yaxın sosial tədbirlər keçirilib: “Öncə könüllü oldum. “ASAN  KönüllülükMəktəbinin “Master-1” “Master-2” pillələrini başa vurdum. Könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan bu pillələr üzrə geniş təcrübə topladım. Sonra mənə böyük etimad göstərildi bu gün göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edirəm”.

Ağcabədi Pedaqoji Kollecinin ikinci kurs tələbəsi Lalə Əliyeva isə hazırda mərkəzdə könüllü kimi çalışır. Deyir ki, burada çalışmaq, ilk növbədə, ona böyük təcrübə qazandırır: “Kollektivlə çalışmaq, vətəndaşlarla daha isti münasibət qurmaq istiqamətində yaxşı təcrübə toplayıram. Bu, əlbəttə ki, gələcək karyeram üçün çox əhəmiyyətli imkandır. Prezident İlham Əliyevin mərkəzimizin açılışı zamanı könüllülərlə keçirdiyi görüşdə söylədiyi fikirlər isə məni daha da ruhlandırdı. Çalışıram ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirim mənə olan etimadı doğruldum”.

Xatırladaq ki, mərkəzin açılışı zamanı könüllülər ilə görüşdə çıxış edən Prezident İlham Əliyev “ASAN xidmət”i milli brend adlandıraraq bildirmişdi ki, bugünkü könüllülər sabahın rəhbər işçiləridir. Təsadüfi deyil ki, dövlət başçısının sərəncamı ilə 2020-ci ilKönüllülər ilielan edilmişdir. Bu, bir daha dövlətin könüllülərin fəaliyyətinə göstərdiyi diqqəti münasibəti əks etdirir. Gənclər “ASAN Həyat”, “ASAN xidmətmərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərirlər.

 

 

 

Azərbaycan artıq intellektual məhsulunu ixrac edir

 

 

 

Göründüyü kimi, vətəndaşlar hətta karantin dövründə şəffaf operativ xidmət göstərən “ASAN xidmətmərkəzlərinin işindən böyük razılıq edirlər. Bu mərkəzlər illərdir ki, fəaliyyət göstərir xidmətlərin səviyyəsi heç vaxt aşağı düşmür.

Qlobal pandemiya ilə mübarizə şəraitində vətəndaşlara operativ xidmət göstərilməsi dövlətin vətəndaşa qayğısının real təzahürüdür. Bu gün ölkəmizdə 20 “ASAN xidmətmərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi Balakəndədir.

Elnur Niftəliyev deyir ki, Bakıda iki, Gəncə Sumqayıtda növbəti, Lənkəran, Salyan Naxçıvanda isə ilk “ASAN xidmətmərkəzləri tikiləcək. Bununla yanaşı, Bakıda “ASAN Kommunalmərkəzlərinin açılışları da planlaşdırılır.

Prezident İlham Əliyev Balakənə səfəri zamanı sayca 20-ci “ASAN xidmətmərkəzinin açılışında vurğulamışdır ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmətmərkəzi fəaliyyət göstərəcək.

Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın intellektual məhsulu olan bu mərkəzlər vətəndaş məmnunluğuna xidmət edir. Azərbaycan artıq intellektual məhsulunu da ixrac etməkdədir. Bir neçə dövlətlərlə bu barədə anlaşma var. “ASAN xidmətmərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmətmərkəzləri fəaliyyətə başlayıb.

Bir ildir fəaliyyət göstərən Ağcabədi “ASAN xidmətmərkəzi öz gülərüz kollektivi könüllüləri ilə vətəndaşların tam xidmətindədir. Bu mənzərəyə şahidlik etmək bizdə xoş təəssüratlar yaratdı bir yaşı tamam olan mərkəzin kollektivinə uğurlar arzulayaraq kompleksdən ayrıldıq.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.2021.- 10 iyun.- S.1;5.