Yükdaşımada problem yoxdur
Bu, həm də
ölkəmizin nəqliyyat qovşağına çevrilməsinin
nəticəsidir
Başqa sözlə, açıq dənizlərə çıxışı olmayan ölkəmiz indi Avrasiyanın nəqliyyat mərkəzlərindən biridir. Bütün bunların nəticəsidir ki, pandemiya dövründə də nəqliyyat ahəngdar fəaliyyət göstərib, yüklər mənzil başına vaxtında çatdırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 62,4 milyon ton yük daşınıb. Yüklərin 55,4 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 33,4 faizi isə boru kəməri ilə daşınıb.
Dəniz limanlarında da işlər rəvan gedir. Belə ki, ilin ilk 4 ayında dəniz limanlarında 3 milyon 159,4 min ton həcmində
yükləmə-boşaltma əməliyyatları həyata
keçirilib. Bu yüklərin
3 milyon 42,1 min tonunu və ya 96,3 faizini tranzit yüklər təşkil edib. Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 78,4 min ton olub.
Yeri gəlmişkən
qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin
(ASCO) Dəniz Nəqliyyatı
Donanması (DND) “Sağlam
və təhlükəsiz
əmək şəraitinin
yaradılması üzrə
2020-ci ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” devizi
ilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının keçirdiyi
müsabiqənin qalibləri
arasında yer alıb.
ASCO-nun bütün strukturlarında
olduğu kimi, DND-də də sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması
mühüm məsələlərdəndir. İşçilərin
fərdi mühafizə
vasitələri ilə
təminatına, normal iş
şəraitinin yaradılmasına,
istehsalatda bədbəxt
hadisələrin baş
verməməsinə, təhlükəsizlik
qaydalarına və əmək münasibətləri
sahəsində qanunvericiliyə
əməl olunmasına
hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Koronavirus dövründə Azərbaycanda
dəmir yolu ilə yükdaşımalar
da ləngiməyib. Bu barədə “Azərbaycan
Dəmir Yolları”
QSC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, cari ilin 4 ayında
dəmir yolu ilə yükdaşımalar
ötən ilin müvafiq dövrünə
nisbətən artıb. Hazırda xarici
ölkələrdən yeni
yüklərin cəlb
edilməsi istiqamətində
danışıqlar aparılır.
Həmçinin Azərbaycandan keçən
dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb
edilməsi üçün
də əməkdaşlıq
əlaqələri qurulur.
Doğrudur, COVID-19-la bağlı ilk vaxtlardan bütün nəqliyyat sektorlarında
sərnişindaşıma ilə əlaqədar vəziyyət çətinləşib.
Məsələn, elə
cari ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 176 min və ya ötən ilin müvafiq dövrünə nisbətən
59,9 faiz az sərnişin daşınıb. Dörd
ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin
sayı da 2020-ci ilin eyni dövrü
ilə müqayisədə 25,9 faiz azalaraq 4,3 min nəfər təşkil edib.
Bununla belə, koronavirus xəstələrinin sayı
azaldıqca nəqliyyatın
bütün sahələrində
reyslərin bərpa olunması ilə bu vəziyyət də
tədricən aradan qaldırılacaq.
İlin
əvvəlindən magistral qaz kəmərləri də ahəngdar işləyir.
Bu yolla 12 milyard 387,4 milyon kubmetr
təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına
nisbətən 10,8 faiz
artım müşahidə
olunub.
4 ayda qaz nəqlinin
48,1 faizi Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə
həyata keçirilib. Bu boru xəttilə 5 milyard 963,4
milyon kubmetr təbii qaz ixrac edilib.
Keçən ilin sonunda
istifadəyə verilən
TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) isə bu vaxtadək
Avropaya 2 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub. Sifarişçilərə etibarlı nəqletmə
xidmətləri göstərilir.
TAP-ın çatdırdığı qaz
həcmləri Avropa İttifaqı üçün
yeni etibarlı, təhlükəsiz və
sərfəli enerji mənbəyini təmin etməklə yanaşı,
enerji yol xəritəsini asanlaşdırmaqda
əsas rol oynayır. Bu kəmər “Cənub
qaz dəhlizi”nin Avropa qolu, Azərbaycandan
Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü
həyata keçirəcək
qovşaq layihəsidir.
TAP sistemi keyfiyyət,
sağlamlıq, təhlükəsizlik
və ətraf mühitin mühafizəsi
üzrə beynəlxalq
standartlara uyğun fəaliyyət göstərir.
Kəmərin potensialı onun
ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa
imkan verir.
Ölkəmizin nəqliyyat təhlükəsizliyinin
təmin edildiyini vurğulayan Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan Avrasiyanın önəmli
nəqliyyat-logistika mərkəzlərinin
birinə çevrilibdir
və bizim fəal iştirakımızla
Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri
fəaliyyətdədir və
deyə bilərəm
ki, Şərq-Qərb
nəqliyyat dəhlizi
üzərində artıq
iki qol mövcuddur.
Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa,
digəri isə
Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa.
Hər ikisi Azərbaycan üzərindən keçir
və təbii ki, bizim imkanlarımız
daha da genişlənir.
Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali
Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə
edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu
sahədə də nəqliyyat təhlükəsizliyimizi
təmin etmişik”.
Flora SADIQLI
Azərbaycan.-2021.- 10 iyun.- S.1;8.