Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının
ödənilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi
17346 nəfər olan 13 yaşayış məntəqəsində
(siyahı əlavə olunur) əkin sahələrinin və əkin
üçün istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya tələbatının ödənilməsi
üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi
və qazılması məqsədilə “Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş
məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2021-ci il
Azərbaycan.-2021.-
10 iyun.- S.2.