Bakir İzetbeqoviç: Ağdamda
bu cür dəhşətli
mənzərə ilə qarşılaşacağımı
gözləmirdim
Ağdamda bu cür dəhşətli mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Mən Ağdam şəhərini görəcəyimi düşünürdüm. Amma burada şəhər yoxdur. Qəbirlər qazılıb, məscid təcavüzə məruz qalıb. Bu dağıntılardan da məlumdur ki, şəhəri işğal edənlərin məqsədi burada yaşamaq olmayıb.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bu sözləri
işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri
zamanı jurnalistlərə açıqlamasında Bosniya və
Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri
Bakir İzetbeqoviç bildirib.
O,
Ağdamın yenidən qurulacağına əminliyini ifadə
edərək deyib: “Şükür Allaha ki, Azərbaycan Ordusu
qələbə qazandı. İndi əsas
hədəf bu əraziləri yenidən
qurmaqdır. Azərbaycan Ağdamı əvvəlki kimi gözəl bir yerə
çevirəcək. Mən buna əminəm.
Bu hadisələr Bosniyadakı hadisələrə
çox oxşayır. Bir
zamanlar Bosniyanın paytaxtı da bu vəziyyətə
salınmışdı. Onlar da qəbirləri qazaraq
şəhidləri çıxarırdılar. Bosniya və Azərbaycan xalqlarının daha bir ortaq
cəhəti də odur ki,
hər iki xalq sülh arzulayır. Hər iki
xalq dağıtmaq yox,
yenidən qurmaq istəyir, əlaqələri
inkişaf etdirmək,
mehribançılıq istəyir. Mən Azərbaycan
xalqını və rəhbərliyini bu qələbə
münasibətilə təbrik edirəm”.
Azərbaycan.-2021.- 10 iyun.- S.2.