Baş nazirin müavini Şahin Mustafayev
İranın yollar və şəhərsalma
naziri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.
Nazirlər
Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Məhəmməd
Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
və qələbə münasibətilə Azərbaycan
xalqını və dövlətini təbrik edib.
Azərbaycan-İran
əlaqələrinin dövlət
başçılarının siyasi iradəsi ilə müxtəlif
sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.
Görüşün sonunda Astaraçay
üzərində avtomobil körpüsünün
və piyada keçidinin
tikintisinə dair Anlaşma
Memorandumu imzalanıb. “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizinin mühüm
komponenti olan körpü avtomobil nəqliyyatı
ilə ikitərəfli və tranzit
yükdaşımalarının həcminin, eyni
zamanda, dövlət sərhədində
buraxılış məntəqələrinin
buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.