Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan
Azərbaycanın parlament nümayəndə
heyəti ilə görüşüb
İyunun
9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüş Prezident Rəcəb Tayyib
Ərdoğanın sədri olduğu Ədalət və
İnkişaf Partiyasının Türkiyə Böyük Millət
Məclisindəki (TBMM) deputat qrupu qarşısında
çıxışından sonra keçirilib.
Görüşdən
sonra xatirə şəkli çəkdirilib.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.