İsrail şirkətləri
azad olunmuş ərazilərimizin
bərpasında iştirakda
maraqlıdır
İsrail
şirkətləri azad olunmuş ərazilərimizin bərpasında
iştirak etməkdə maraqlıdır.
İqtisadiyyat
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
nazir Mikayıl Cabbarov İsrailin Xarici İşlər
Nazirliyinin MDB və Asiya ölkələri üzrə
iqtisadiyyat departamentinin direktoru Mixael Lotemlə
görüşüb. M.Cabbarov Azərbaycan-İsrail siyasi və
iqtisadi münasibətlərinin yüksək səviyyədə
olduğunu vurğulayıb, 44 günlük Vətən
müharibəsi dövründə Azərbaycanın haqq
işinə göstərdiyi dəstəyə, humanitar səylərə
görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan-İsrail uğurlu iqtisadi əməkdaşlığı,
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində
İsrail şirkətlərinin fəaliyyəti
vurğulanıb.
Qeyd
edilib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan
Respublikası Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan
Ticarət və Sənaye Palatasının fəaliyyəti
önəmlidir.
İqtisadiyyat
naziri Azərbaycanla İsrail arasında işğaldan azad
olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə,
rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı,
su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə
əməkdaşlıq üçün böyük
potensialı vurğulayıb.
İsrailin
Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri
üzrə iqtisadiyyat departamentinin direktoru M.Lotem ölkələrimiz
arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini
qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin
bərpasında iştirak etməkdə maraqlı olduğunu
diqqətə çatdırıb.
İsrailin
Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi
görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın
inkişafı və qarşılıqlı maraq doğuran məsələlər
barədə müzakirələr aparılıb.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.