Azərbaycanın parlament nümayəndə heyəti Anıtqəbri
ziyarət edib
Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi
adından Atatürkün məzarı önünə əklil
qoyulub.
Nümayəndə
heyətinin üzvləri Anıtqəbir muzeyi ilə
tanış olub, işçi qrupun rəhbəri Əhliman
Əmiraslanov xatirə kitabına ürək sözlərini
yazıb.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.