Azərbaycanın parlament nümayəndə heyəti TBMM-in sədri ilə görüşüb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri, münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu barədə səmərəli fikir mübadiləsi aparılıb. Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycanın qazandığı Zəfər yüksək qiymətləndirilib.
Qeyd edək ki,
Milli Məclisin nümayəndə heyətinin
Türkiyəyə səfəri iyunun 11-də
başa çatacaq.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.