Azərbaycan ilə Türkiyə
arasında səhiyyə sahəsində əməkdaşlıq
və birgə layihələr barədə fikir
mübadiləsi aparılıb
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.
Qeyd edək
ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus
infeksiyasına qarşı mübarizədə nəzərəçarpan
uğurlar qazanan ölkələr sırasındadır. Hər
iki ölkədə virusa qarşı peyvəndləmə
sürətlə aparılır.
Azərbaycan.-2021.- 10 iyun.- S.3.