Latviya Seyminin nümayəndə heyəti Gəncəyə
səfər edib
İyunun 9-da Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupunun rəhbəri Roman Naudinşin başçılığı altında nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi
ötən il oktyabrın 11-də və 17-də gecə
saatlarında cəbhə zonasından kənarda yerləşən,
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin
ayrı-ayrı məkanlarında Ermənistan silahlı
qüvvələrinin raket hücumlarının səbəb
olduğu cinayət izləri ilə tanış olmaqdır.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Ermənistan ordusunun oktyabrın 11-də və 17-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu onlarla dinc sakin ölüb və yaralanıb.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Nümayəndə heyəti erməni faşizminin izləri ilə tanış olub, düşmənin raket hücumu nəticəsində doğmalarını, ailə üzvlərini və yaxın qohumlarını itirənlərin faciələrini dinləyiblər.
Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinş jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin törətdikləri ağlasığmazdır: “Ümidvaram ki, bu terror aktları qısa vaxt ərzində araşdırılacaq və təqsirkarlar cəzalarını alacaqlar. Cinayətkarlar törətdiyi əməllərə görə cavab verməlidirlər. Dünya birliyi Azərbaycanın dinc əhalisinə qarşı törədilən bütün hərbi cinayətləri qınamalıdır. Latviya Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi günlərdə baş verən hadisələri çox diqqətlə izləyirdi. Biz müharibənin gedişində zərər çəkən dinc vətəndaşlara görə çox həyəcan keçirirdik”.
Roman Naudinş
qeyd edib ki, əgər dünya birliyi vaxtında Ermənistana təzyiq
göstərsəydi, müharibədən qaçmaq
mümkün idi. “Mən
hazırda həmin bombalanan evlərin
qarşısındayam. Gəncənin atəşə
tutulması terror aktıdır. Bunun başqa adı yoxdur. Terrorçular cəzalarını
çəkməlidir. Ermənistan tam izolyasiya şəraitində yaşayır.
Qonşularınla sülh şəraitində
yaşamaq lazımdır. Bu
mənzərəni görmək çox
ağırdır. İnsanlar sülh şəraitində
yaşamalıdır. Ermənistan rəhbərliyi
ağılla hərəkət etməlidir. Bütün
dünya bu
torpaqları Azərbaycan əraziləri kimi
tanıyıb”, - deyə o əlavə edib.
Azərbaycan.-2021.- 10 iyun.- S.6.