Azərbaycanın Türkiyənin birgə layihəsi

 

 

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınızRusiya Günü münasibətilə Sizi Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək dərinləşəcək, xalqlarımızın ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, bütün rusiyalılara əmin-amanlıq firavanlıq arzu edirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyun 2021-ci il

Azərbaycan.-2021.- 12 iyun.- S.1.