Birinci vitse-prezident Mehriban
Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar
başsağlığı verib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində
Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandrın
vəfatı ilə əlaqədar paylaşım
edib.
AZƏRTAC
xəbər verir ki, paylaşımda deyilir:
“Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu, Zati-müqəddəsləri
Aleksandr səmimi, mehriban, genişürəkli
insan idi. Peşəsinə hədsiz
sədaqəti, multikultural dəyərlərin
inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun
genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük
sevgi və hörmət
qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin
qəlbində əbədi yaşayacaqdır. Bu
hüznlü gündə Uca
Tanrıdan ona rəhmət,
doğmalarına və yaxınlarına səbir diləyirəm!”.
Azərbaycan.-2021.- 12 iyun.- S.2.