Milli Qurtuluş Günü böyük qələbəyə aparan yolun başlanğıcıdır

 

Deputatlar Heydər Əliyevin dövlət və xalq qarşısındakı xidmətlərinin ən yüksək ali dəyər kimi qiymətləndirdilər

 

 

İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri iclası açaraq Azərbaycan tarixinin əlamətdar günlərinin Milli Məclisin iclaslarında qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu iclasda Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək.

Ümummilli liderlər xalqların milli fəlakətlər ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı uçurumun bir addımlığından xilas etdi.

S.Qafarova vurğulayıb ki, Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qurmaq, qorumaqyaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun bu kəlamında çox dəqiq ifadə olunub: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Sahibə Qafarova qeyd edib ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa ha¬zır olmaq nümunəsidir. Ümummilli Liderimizin 30 ildən artıq dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətini nəzərə alaraq, əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur.

Milli Məclisin sədri bildirib ki, Ulu Öndərin başladığı qurtuluşquruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxilixarici siyasət Azərbaycanı zirvələrə yüksəldib. Dövlətimizin başçısının siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpağımız olan Qarabağın erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Cənubi Qafqazda yeni reallıq yaradıb.

Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Əminəm ki, Azərbaycan dövləti daim var olacaq, ulu öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Çıxışının sonunda parlamentin sədri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinə daimi inkişafyeni uğurlar arzulayıb.

İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Parlamentin komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, deputatlardan Elman Nəsirov, Ceyhun Məmmədov, Sahib Alıyev, Vahid Əhmədov, Sevil Mikayılova, Şahin Seyidzadə, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Cavid Osmanov çıxış edərək, gündəmdəki mövzulara dair öz fikirlərini açıqlayıblar, seçiciləri narahat edən bəzi məsələlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıblar.

Deputatlar çıxışlarında Milli Qurtuluş Günü münasibətilə ürək sözlərini çatdırıblar. Qeyd edilib ki, bu, ölkəmizin tarixini, müqəddəratını həll edən ən vacib günlərdən biridir. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan parçalanmaqdan, ölkədə hökm sürən böhrandan xilas edilib. Bugünkü qüdrətli və güclü Azərbaycanın, ölkəmizi Vətən müharibəsində parlaq Zəfərə aparan yolun təməli məhz bu tarixdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Birinci məsələ “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statususosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Qeyd edilib ki, nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.

Məsələ barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci il 29 dekabr tarixli "Sosial müavinətlər haqqında" Qanuna edilən dəyişikliyə və Azərbaycan Prezidentinin 2020-ci il 31 dekabr tarixli Fərmanına əsasən, bəzi kateqoriya şəxslərin, o cümlədən şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılıb. Qanunda, habelə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət" sözləri "müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət" sözləri ilə əvəz edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.

Qeyd edilib ki, yuxarıda adı çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin qanunların "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanuna uyğunlaşdırılması məqsədi daşıyır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı fikirlərini söyləyərək bunu Azərbaycan Prezidentinin bu qəbildən olan insanlara növbəti dəfə qayğısının ifadəsi kimi qiymətləndirib. Sonra komitə sədri diqqətə çatdırıb ki, iyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi humanist, sosial-ictimai əhəmiyyət daşıyan bir missiyaya - Məşğulluq marafonuna start verib. Burada məqsəd cari ilin sonuna qədər bütün şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsində qaziveteran olan şəxslərin, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının məşğulluğunun təmin olunmasıdır. Komitə sədri bütün təşkilat, idarə və müəssisələrə, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə müraciət edərək bu prosesdə fəal iştirak etməyə çağırıb.

Sonra sözügedən qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin digər məsələləri ikinci oxunuşda olan qanun layihələridir. Qeyd edilib ki, növbəti 7 məsələ Milli Məclisə eyni zərfdə daxil olubbu qanun layihələri mahiyyətcə bir-birinə yaxındır. Diqqətə çatdırılıb ki, bununla 60 qanunda dəyişiklik edilməsi nəzərdə tutulurbu dəyişikliklərdə məqsəd əlilliyin meyarlarına dair Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş standartların və digər beynəlxalq normaların milli qanunvericiliyə implementasiya edilməsidir.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, birinci oxunuşda müzakirələr zamanı deputatlar qanun layihələrini dəstəkləyiblər, eyni zamanda, bəzi təkliflər də səsləndirilib. Komitə sədri deputatların söylədiyi fikirlərə münasibət bildirib.

Musa Quliyev çıxışında qeyd edib ki, son 3 ildə dövlətimizin başçısının təşəbbüsləri ilə sosial sahəyə yönəldilən vəsait mütəmadi olaraq artırılıb. Bu müddətdə əməkhaqları, pensiyalar, müavinət və təqaüdlərin aylıq məbləğləri bir neçə dəfə artırılıb. Nəticədə pensiyalar üzrə xərclər 36 faiz artırılaraq 3,3 milyard manatdan 4,5 milyard manata, müavinətlər üzrə xərclər 120 faiz artırılaraq 279 milyon manatdan 613 milyon manata, təqaüd üzrə xərclər 3,5 dəfə artırılaraq 92 milyon manatdan 326 milyon manata çatdırılıb. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə büdcədən illik xərclər 97 faiz artırılaraq 588 milyon manatdan 1,2 milyard manata çatdırılıb. Ümumilikdə son 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti üzrə əhaliyə ödənişlər 2,2 milyard manat artırılıb.

Komitə sədri Qarabağ müharibəsi qazilərinin əlillik vəziyyətinin müəyyənləşdirilməsi məsələsinə toxunaraq diqqətə çatdırıb ki, artıq 800 nəfərdən çox qazimizin əlillik dərəcəsi müəyyənləşdirilib və onların sosial müdafiəsi tədbirləri həyata keçirilməkdədir.

Bildirilib ki, əlillik vəziyyəti dinamik, daim müşahidə, müalicə və reabilitasiya tələb edən bir prosesdir. Ona görə də bu il əlilliyi müəyyən edilən şəxsin növbəti ekspertizada əlillik vəziyyətinin və statusunun dəyişilməsi tamamilə normal və məntiqə uyğundur. Əsas odur ki, bu qərarlar ədalətli, qanun çərçivəsində və şəffaf olsun. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədə xidmət edir.

Komitə sədrləri Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Tahir Mirkişili, Zahid Oruc, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Aydın Hüseynov, Aqil Abbas, Vahid Əhmədov təklif olunan dəyişikliklər barədə öz fikirlərini söyləyiblər, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Musa Quliyev deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrin sonunda gündəliyin 7 məsələsi - “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statususosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğuqan xidməti haqqında”, “Hemofiliyatalassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə; “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qanun layihəsi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və onların məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.

Komitə sədri Siyavuş Novruzov layihə ilə bağlı fikirlərini və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra plenar iclasda Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyunMilli Qurtuluş Günü ilə əlaqədar müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputat İsa Həbibbəyli çıxışlarında ölkəmizin müstəqillik tarixində baş verən mühüm məqamları xatırlayıblar. Deputatlar müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı 2020-ci il 10 noyabr Qələbəsinə gətirən yola 1993-cü il iyunun 15-də çıxıb. Qeyd edilib ki, 2020-ci il Heydər Əliyevin arzularının həyata keçdiyi ildir. Ötən il biz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsinin şahidi olduq.

Çıxışlarda vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmlənməsinə, Azərbaycanda daxili siyasi sabitliyin və inkişafın təmin olunmasına, ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə tam təminat verir. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış strategiyasının Milli Qurtuluşdan başlandığı və bu mənada, Heydər Əliyev siyasətinin davam etdirildiyi qeyd edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova deputatları və media nümayəndələrini 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik edib.

 

Rəşad Baxşəliyev

Azərbaycan.-2021.- 12 iyun.- S.2.