Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizibütün Azərbaycan xalqını Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edim.

Bu gün Azərbaycan xalqının tarixində çox mühüm mərhələdir. Düz 103 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycanda Qafqazda ilk demokratik respublika elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün millətlərin müstəqil inkişafı üçün geniş imkanlar yaradıb, bütün sahələrdə tərəqqiyə, o cümlədən iqtisadi, siyasidemokratik islahatlara nail olub.

Müasir Azərbaycan həmin demokratik respublikanın hüquqi varisidir. Bu gün Sizin ölkə Prezidenti kimi yorulmaz gərgin əməyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir beynəlxalq arenada öz mövqelərini möhkəmlədir. Sizin ölkəniz mütəmadi olaraq çoxsaylı tədbirlər keçirməklə bütün dünyanın siyasi, mədəni dini liderlərini bir araya toplayan mədəniyyətlərarası dialoqun əməkdaşlığın qlobal mərkəzi kimi son dərəcə mühüm rol oynayır.

Sevindirici haldır ki, hazırda strateji tərəfdaşlıq əməkdaşlıq ruhunda uğurla inkişaf edən Rusiya-Azərbaycan münasibətləri qardaş ölkələrimizin inkişafı qarşılıqlı köməyi üçün möhkəm təməl kimi xidmət edir. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə qarşılıqlı hörmət etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərini səmimi qiymətləndirir. Mən, bir din xadimi kimi, əminəm ki, ölkələrimiz arasında konfessiyalararası dialoq gələcəkdə daha da möhkəmlənəcək. Rusiya Müsəlmanları Ruhani Məclisi Qafqaz Müsəlmanları İdarəsi uzun illər boyu dinlərarası mədəniyyətlərarası dialoqun möhkəmlənməsi, sülh, təhlükəsizlik sabitlik ideyalarının geniş yayılması sahəsində sıx əməkdaşlıq edir. Biz ölkələrimizin müsəlmanları arasında bərqərar olmuş qardaşlıq dostluq münasibətlərini yüksək qiymətləndiririk.

Bu əlamətdar gün bütün Azərbaycan xalqının birlik rəmzidir. Əminəm ki, Sizin qeyri-adi liderlik keyfiyyətləriniz, idarəçilik istedadınız, müdrikliyiniz, məqsədyönlülüyünüz insanlara diqqətli münasibətiniz dövlətinizin durmadan inkişafını davam etdirməyə imkan verəcək, Azərbaycan xalqının ümid amallarını tamamilə doğruldacaq, İslam prinsiplərinə, ənənələrinə sədaqət hamını birləşdirən ümumbəşəri dəyərlər qarşıya qoyulmuş məsələlərin həllinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının bütün xalqına mənəvi fiziki qüvvə, cansağlığı arzu edirəm, Ulu Tanrı bütün xoş niyyətlərinizdə Sizə yardımçı olsun.

Uca Allah Sizin bütün xeyirxah əməllərinizi, səmimi dualarınızı ibadətinizi qəbul etsin, hər iki dünyada bu əməllərinizin əvəzini versin.

Hörmətlə xoş dualarla,

 

 

Albir həzrət Krqanov

Moskvanın müftisi,

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri,

Rusiya Federasiyası İctimai Palatasının üzvü

Azərbaycan.-2021.- 12 iyun.- S.3.