Onlar bizə əmanətdir!
"YAŞAT” Fondunun Vətən
müharibəsindən sonra dünyaya gələn şəhid
övladları üçün layihəsi
davam edir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, şəhidlərimiz Fərid
Nağıyevin övladı Anayın, Vüsal Hüseynovun
övladı Nadirin, Qubat Əliyevin övladı Qubatın zəruri
xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Allah şəhidlərimizə rəhmət etsin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110
“Çağrı Mərkəzi” fəaliyyət göstərir.
Azərbaycan.-2021.- 12 iyun.- S.5.