Füzuli
Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə
tanışlıq
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli rayonuna səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə
gəliblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident
İlham Əliyevə hava limanında görülən
işlər barədə məlumat verildi.
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.
Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.
Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.
Prezident
İlham Əliyev: Burada olan materiallardan
istifadə edirsiniz?
Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri
60 min kvadratmetrdir, təxminən
8 ədəd A-320 tipli
təyyarə yerləşə
bilər. Bir də avtomobil
dayanacağı olacaq,
170 avtomobillik.
Prezident
İlham Əliyev: Bu,
Füzuliyə gedən
yolla əlaqələndirilib.
Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu
ilə birləşəcək,
həm də əsas o dördzolaqlı
magistral yolla.
Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.
Prezident
İlham Əliyev: Buradadır?
Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü
İtaliyadan gətirilib
və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.
Prezident
İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?
Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin
sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə
getsə.
Prezident
İlham Əliyev: Qüllə də tikilir?
Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır.
İşıq-siqnal sistemini türk
şirkəti işləyir.
Yarımstansiya tikilib, işlər
hər istiqamətdə
aparılır.
Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə
tanış oldu.
Prezident
İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?
Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq
işlərinə başlamışıq.
Prezident
İlham Əliyev: Orada da başlamısınız?
Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük
həcmdədir.
Prezident
İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir.
Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?
Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq
texnika aparmışıq.
Prezident
İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?
Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa
yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu
yaxınlarda Ağbənd
yolunun tikintisi ilə bağlı müqavilə də imzaladıq.
Prezident
İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını
siz inşa edirsiniz.
X X X
Onu da
deyək ki, hazırda Füzuli,
Zəngilan və Laçın hava
limanlarına uçuşların beynəlxalq standartlara
uyğun təmin edilməsi üçün yeni beynəlxalq
hava dəhlizlərinin tətbiqi üzrə
işlər davam etdirilir.
Azərbaycan.-2021.- 15 iyun.- S.2.