Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və "Zəfər" yolunun tikintisi ilə tanışlıq

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.

 

Azərbaycan.-2021.- 15 iyun.- S.3.