Zəfər
yolu üzərində körpünün inşası ilə
tanışlıq
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.
Bildirildi
ki, Quruçay üzərində inşa olunan
üçaşırımlı körpünün
uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə
görülən bütün bərpa və
yenidənqurma işləri kimi, burada da tikinti
yüksək sürətlə aparılır və yol istismara verilənədək
bu körpü də
hazır olacaq.
Azərbaycan.-2021.- 15 iyun.- S.4.