Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına tunelin texniki göstəriciləri
barədə məlumat verildi.
Bildirildi
ki, burada ümumilikdə iki tunel tikiləcək və
onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər
birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.
Azərbaycan.-2021.- 15 iyun.- S.4.