Azərbaycan Respublikasının Bosniya
və Herseqovinada (Sarayevo
şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikasının Bosniya və Herseqovinada
(Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və
maliyyələşdirilmə məsələlərini həll
etsin;
1.2.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin
strukturunu və ştat cədvəlini təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2021-ci il
Azərbaycan.-2021.- 15 iyun.- S.5.