Azərbaycan-Türkiyə:
dostluğun, qardaşlığın, birliyin təntənəsi
Azərbaycan
və Türkiyə prezidentləri Şuşada “Xan qızı”
bulağında olublar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım
Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan
qızı” bulağında olublar.
AZƏRTAC
xəbər verir ki, Türkiyə Prezidentinə “Xan
qızı” bulağı haqqında məlumat verildi.
Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.
Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.
X X X
Sonra prezidentlər və ailə üzvləri avtobusla Cıdır düzünə yola düşdülər.
Prezident
İlham Əliyev: Bu,
“Qarabağ” otelidir. Bu da atamın
dövründə tikilmişdi.
Ermənilər ancaq onun iki mərtəbəsindən
istifadə edirdilər.
Prezident
Rəcəb Tayyib Ərdoğan: Bəs, digər mərtəbələr?
Prezident
İlham Əliyev: Bərbad durumda idi.
Prezident
Rəcəb Tayyib Ərdoğan: İndi bərpa olunur?
Prezident
İlham Əliyev: Bəli, bərpa işləri başlayıb.
Üç-dörd aya başa çatdırılacaq.
Prezident
Rəcəb Tayyib Ərdoğan: Bu binada, hava limanında işlər başa çatandan sonra buraya turistlər də gəlməyə başlayacaq.
Prezident
İlham Əliyev: Siz qaldığınız
da işləmirdi.
Bilal Ərdoğan: O da var idi?
Prezident
İlham Əliyev: Sovetlər dönəmində
o da var idi. Bu, yaşayış
yeridir. Bu, müharibədən qalan yerlərdir. Bu isə Gövhərağa
məscididir. Bunu da
biz təmir etmişik.
Prezident
Rəcəb Tayyib Ərdoğan: İndi istifadə edilirmi?
Prezident
İlham Əliyev: Bəli. Keçən dəfə biz Mehribanla
gəlib burada dualar etdik. Burada bir məscid yarıdağılmış vəziyyətdə
idi. Bu da
bulaqdır.
Əminə Ərdoğan: Burada
nə qədər bulaq var imiş?
Prezident
İlham Əliyev: Burada 17 bulaq var. Çünki Şuşada
17 məhəllə olub,
17 məscid olub, 17 bulaq olub. Ermənilər bizim binalarımızı
bax, bu vəziyyətə
salıblar.
Bilal Ərdoğan: Yəni, səfalət içində
yaşayırdılar?
Prezident
İlham Əliyev: Bəli, səfalət içində yaşayırdılar.
Bu binaların hamısı sovetlər dönəmindən qalanlardır.
Baxın,
bunlar müharibənin
izləridir. Burada küçə
döyüşləri gedirdi.
Buralar hamısı belə dağılmış vəziyyətdir.
Prezident
Rəcəb Tayyib Ərdoğan: Xarıbülbül.
Prezident
İlham Əliyev: Xarıbülbül bu gülün, çiçəyin
adıdır.
Bilal Ərdoğan: Sadəcə,
burada bitir?
Prezident
İlham Əliyev: Bəli, biz onu orada göstərəcəyik.
O da Vaqifin
məqbərəsidir. Qarabağ xanının vəziri olub.
Prezident
Rəcəb Tayyib Ərdoğan: Yeni inşa edilib?
Prezident
İlham Əliyev: Onu mənim atam tikdirmişdi. Ermənilər sökdülər. Biz indi bərpa
edirik. Bir aya hazır
olacaq. Molla Pənah Vaqif
İbrahimxəlil xanın
vəziri, eyni zamanda, çox məşhur şair olub. 1982-ci ildə
mənim atam onun məzarı üstündə bax, bu məqbərəni inşa etdirmişdi.
Ermənilər də onu sökmüşdülər.
İndi biz Şuşanın tarixi bir yerinə - Cıdır düzünə
gedirik.
Azərbaycan.-2021.- 17 iyun.- S.8.